Məxfilik siyasəti

1. Giriş

“Gringo” mobil tətbiqi “Grand Solutions” MMC-nin məhsuludur. Bu “Məxfilik siyasəti” “Gringo” mobil tətbiqindən (bundan sonra - Tətbiq) istifadə etdiyiniz zaman məlumatlarınızın necə toplanıldığını, istifadə edildiyini və qorunduğunu təsvir edir. Tətbiqdən istifadə etməklə bu sənəddə qeyd olunanlara razılıq vermiş olursunuz. 

 

2. Məlumatların toplanılması

Aşağıda qeyd olunan məlumat növləri toplanıla bilər: 

- Şəxsi məlumatlar: ad, soyad, e-poçt ünvanı, telefon nömrəsi və paylaşdığınız digər məlumatlar; 

- Cihaz məlumatı: cihaz adı, modeli, əməliyyat sistemi, unikal cihaz identifikatorları; 

- İstifadə məlumatı: istifadə olunan xüsusiyyətlər, səhifələr və sərf olunan vaxt kimi məlumatlar; 

- Məkan məlumatı: razılıq verdiyiniz halda, dəqiq və ya təxmini yer məlumatlarınız; 

- Kukilər və izləmə texnologiyaları: kukilərdən və ya oxşar izləmə texnologiyalarından istifadə oluna bilər. 

 

3. İcazələr 

Aşağıda qeyd olunan icazələr tələb oluna bilər: 

- Kamera icazəsi: skan etmək üçün; 

- Məkan icazəsi: mağaza filiallarının məsafəsinin göstərilməsi üçün; 

- Qalereya icazəsi: qalereyadan şəkil endirmək üçün. 

 

4. Məlumatların istifadəsi 

Toplanmış məlumatlar aşağıdakı məqsədlər üçün istifadə edilir: 

- Tətbiqin funksionallığını təmin etmək və saxlamaq; 

- İstifadəçi təcrübəsini fərdiləşdirmək və funksionallığı təkmilləşdirmək; 

- Yeniləmələr, aksiyalar və ya dəstək haqqında sizinlə əlaqə saxlamaq; 

- Təhlükəsizliyi təmin etmək və saxtakarlığın qarşısını almaq. 

 

5. Məlumatların paylaşılması 

Məlumatlarınız aşağıdakılarla paylaşıla bilər: 

- Xidmət təchizatçıları: Tətbiqin funksionallığının təmin edilməsi üçün xidmət göstərən üçüncü tərəf; 

- Hüquqi orqanlar: Qanunvericiliklə tələb olunduqda və ya qanuni hüquqlarımızı qorumaq üçün; 

- Biznes əməliyyatları: Tətbiq ilə bağlı birləşmə, satış və ya aktivlərin köçürülməsi halında. 

 

6. Məlumat təhlükəsizliyi 

Şəxsi məlumatlarınızı qorumaq üçün müvafiq sahənin standartlarına uyğun təhlükəsizlik tədbirləri həyata keçirilir. 

 

7. Hüquqlarınız 

- Şəxsi məlumatlarınıza daxil olmaq, yeniləmək və ya silmək; 

- Hesabınızı silmək. 

 

8. Üçüncü tərəf linkləri və xidmətləri 

Tətbiqdə üçüncü tərəfin veb-saytlarına və ya xidmətlərinə keçidlər ola bilər. Biz həmin veb-saytlar və ya xidmətlər ilə bağlı cavabdehlik daşımırıq. Buna görə də hər hansı məlumatı paylaşmazdan əvvəl onların məxfilik siyasətini, şərtlər və qaydalarını nəzərdən keçirməyinizi tövsiyə edirik. 

 

9. “Məxfilik siyasəti”nə dəyişikliklər 

Bu “Məxfilik siyasəti” vaxtaşırı yenilənə bilər. Belə dəyişikliklər olduğu təqdirdə, onlarla tanış olmağınızı tövsiyə edirik. 

 

10. Bizimlə əlaqə 

Bu “Məxfilik siyasəti” ilə bağlı hər hansı sualınız varsa, bizimlə əlaqə saxlayın: info@grandsolutionscompany.com 

 

Son yenilənmə tarixi: 08.05.2025